Kriptaz Chain
Baku Testnet
Ümumi Baxış
Baku Testnet, Kriptaz Chain-in sınaq şəbəkəsidir. Test şəbəkələri tərtibatçılara real vəsait riski olmadan tətbiqlərini və ağıllı kontraktlarını sınamağa imkan verir.
Təyinatı
Baku Testnet tərtibatçılar və tərəfdaşlar üçün sınaq mühitidir. Ağıllı kontraktlar, tətbiqlər və inteqrasiyalar Baku Mainnet-ə çıxarılmazdan əvvəl bu şəbəkədə yoxlanılır. Test şəbəkəsindəki tokenlərin real dəyəri yoxdur.
Kimlər üçündür
Şəbəkə Kriptaz Chain üzərində məhsul hazırlayan komandalar, KriptazX komandasının Web3 Dev. xidmətindən istifadə edən layihələr və SmartWall auditindən keçəcək kontraktlar üçün nəzərdə tutulub.
Şəbəkə parametrləri
Qoşulma üçün lazım olan parametrlər (RPC ünvanı, Chain ID, test tokenlərinin əldə edilməsi qaydası) yalnız bu sənədləşmə və Kriptaz-ın rəsmi kanalları vasitəsilə elan edilir.
Vəziyyət
Kriptaz Chain üzərində sınaqlar, performans və yüklənmə testləri davam edir. Baku Testnet-in ictimaiyyətə açılması Kriptaz Chain-in növbəti mərhələsidir.
Əlaqə
Bu mövzu ilə bağlı suallarınızı info@kriptaz.com ünvanına “#kriptaz” başlığı ilə göndərə bilərsiniz.